son dəqiqə SON DƏQİQƏ
Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib

Arda Gülerə sərt tənqidlər

Bölmə adı İspaniya
Yayımlandı 9-02-2026, 23:27

"Real"ın "Valensiya" üzərindəki qələbəsinə (2:0) baxmayaraq komandanın gənc ulduzu Arda Güler İspaniya mətbuatının sərt tənqidinə məruz qalıb.


Sport1.az xəbər verir ki, yerli media türkiyəli futbolçunun performansını qeyri-kafi qiymətləndirib. Jurnalistlər onun komanda oyununa uyğunlaşa bilmədiyini və gözləntiləri doğrultmadığını iddia ediblər.


Xüsusilə "Cadena SER" radiosu gənc yarımmüdafiəçi barədə olduqca sərt fikirlər səsləndirib:



"Onun lazımi keyfiyyətləri yoxdur. O, heç vaxt yeni Modriç olmayacaq. Arda istedadlıdır, keyfiyyətli oyunçudur, amma komandanın hazırda axtardığı səviyyədən uzaqdır".


"Real"ın sabiq futbolçusu Rafa Alkorta da Ardanı tənqid edənlərə qoşulub. O, futbolçunun müdafiəyə kömək etməməsindən şikayətlənib:


"Hamımız görürük ki, o, yaxşı oyunçudur, meydanda ən yaxşı sol ayaq ondadır. Amma o, Türkiyədəki kimi oynamaq istəyir. İstəyir ki, bütün komanda ona işləsin, o da meydanda sərbəst olsun. Ancaq burada işlər belə getmir. Arda sadəcə son ötürməni düşünməməli, yarımmüdafiəyə və müdafiəyə daha çox kömək etməlidir. Bunu isə etmir".

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR