
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az-a daxil olan məlumata görə, “ağ-qaralar” braziliyalı vinger Breno Almeyda ilə razılıq əldə edib. 27 yaşlı sağ cinah oyunçusu ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu son olaraq Kiprin “Etnikos” klubunda çıxış edib. Almeyda bu mövsüm 13 oyunda meydana çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
MƏHƏMMƏD HÜSEYNOV