
“Şahdağ Qusar” I Liqada inamlı qələbə qazanıb.
Sport1.az xəbər verir ki, 13-cü tur çərçivəsində Şamaxı OİK stadionunda keçirilən oyunda Qusar təmsilçisi “Difai”ni 4:0 hesabı ilə məğlub edib.
Matçda komandanın həm prezidenti, həm də kapitanı olan Rahid Əmirquliyev də fərqlənib. Təcrübəli futbolçu görüşün 59-cu dəqiqəsində penaltidən dəqiq zərbə ilə adını tabloya yazdırıb.
Qarşılaşmada “Şahdağ Qusar”ın digər qollarını isə Aqostinyo Çipesse, Arsen Xalilov və Famil Cəfərov vurub.
Rahid Əmirquliyevin penaltidən vurduğu qolu təqdim edirik: