
“Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi Arsen Xalilovu heyətinə cəlb edib. 19 yaşlı futbolçu mövsümün sonuna qədər Qusar klubunun formasını geyinəcək.
Əslən Qusar rayonundan olan Xalilov daha əvvəl “Neftçi-2” və “Səbail-2”nin heyətində çıxış edib.