
“Kəpəz” futbolçusu Veysəl Rzayevin bıçaqlanması ilə bağlı rəsmi açıqlama yayıb.
Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda futbolçunun vəziyyətinin stabil olduğu bildirilib: “Kəpəz” Peşəkar Futbol Klubunun futbolçusu Veysəl Rzayev insident nəticəsində xəsarət alıb. Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Gəncə şəhərində baş verib. Veysəl Rzayev iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub. Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən futbolçu bu zaman bıçaq xəsarəti alıb.