son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

“Daha güclü qayıtmaq lazımdır” – Kadi

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-02-2026, 14:37

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges uzun fasilədən sonra meydana qayıtdı.


Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”la oyunda (1:0) şans qazanan braziliyalı futbolçu qarşılaşmadan sonra fikirlərini bölüşdü.


Kadi rəqibin oyun üslubuna toxunub: “Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Rəqib çox aqressiv komandadır, birəbir mübarizələrdə yaxşı futbolçuları var. Xüsusilə də standart vəziyyətlərə çox üstünlük verirlər. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatdıq və istədiyimiz 3 xalı qazandıq”.


O, zədədən sonrakı dönəmi də yada salıb: “Zədəli olduğum dövr mənim üçün olduqca çətin keçdi. Amma bu, hər bir idmançının karyerasında qarşılaşdığı mərhələlərdən biridir. Əsas odur ki, bu periodu düzgün keçəsən. İndi həm psixoloji, həm də fiziki baxımdan daha güclü qayıtmaq lazımdır. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyəm”.


Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçiriləcək oyunlar barədə danışan Kadi isə belə deyib: “Məncə, rəqibi keçib-keçməyəcəyimizi düşünməyə ehtiyac yoxdur. Sadəcə meydana çıxıb mübarizə aparmaq lazımdır. Digər məsələlərin artıq alınıb-alınmayacağı Allahın əlindədir”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR