son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

"Qazanmağa və qazandığımızdan düzgün istifadə etməyə çalışırıq" - "Neftçi"nin baş icraçı direktorundan iddialı AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 2-02-2026, 13:18

Misli Premyer Liqasının 18-ci turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"ı 4:0 hesabı ilə məğlub etdi.


Sport1.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sumer jurnalistlərin suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik...


- "Araz-Naxçıvan"la oyunda qazanılan inamlı qələbəni klub rəhbərliyi olaraq necə qiymətləndirirsiniz?

 - Meydanda arzu etdiyimiz "Neftçi"ni gördük. Rəqibimiz asan deyildi, həm də səfərdə oynayırdıq. Onların hücum xəttində çox güclü oyunçular var. Komandamız nizam-intizamı qorudu. Oyunun sonuna qədər rəqibə təzyiq etməyi dayandırmadı.


– "Neftçi"nin son zamanlardakı nəticələri ilə bağlı nə deyə bilərsiniz?

 - Çətin dövrdən keçirik. Əvvəlki alışqanlıqlardan fərqli olaraq yeni şeylər etməliyik. Bunun üçün ciddi dəyişikliklər həyata keçiririk. Artıq məşqçi oyunçuları daha yaxşı tanıyır. Futbolçularımız da öz potensiallarının fərqinə varır. 


"Zirə" ilə oyunda xal itirdiniz. Həmin matçı necə dəyərləndirirsiniz?

 - "Zirə" ilə oyunumuz çətin keçdi. İstədiyimiz nəticəni yavaş-yavaş əldə edəcəyik. Komanda inkişaf edəcək. Bir oyunla inkişafdan bəhs etmirik. Əvvəlcədən nəticəni müəyyən etməyəcəyik. Yolumuz hələ uzun, görəcəyimiz çox iş var.


Akademiyanın inkişafı və transferlərlə bağlı nə deyə bilərsiniz?

 - Bilirsiniz ki, işimiz yalnız meydanda deyil, kənarda da çoxdur. Bazamızın və akademiyamızın inkişafına diqqət yetiririk. Hər şeyi düzgün planlamaq istəyirik. Büdcəmizi nəzərə alaraq iş görürük. Qazanmağa və qazandığımızdan düzgün istifadə etməyə çalışırıq. Hər şey istədiyimiz kimi olacaq.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR