son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

Yunis Hüseynovun başladığını, İqor Ribeyro davam etdirir

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-02-2026, 12:33

İqor Ribeyro “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.


Sport1.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Braziliyalı müdafiəçi Misli Premyer Liqasının XVIII turunda fərqlənib. O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.


Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.


“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.


Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR