son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

Massumo ilə 50-ci het-trik

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-02-2026, 12:02

Misli Premyer Liqasının 18-ci turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.


Sport1.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) 3 qol vurub.


Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu V turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) 3 dəfə qol sevinci yaşayıb.


Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.


Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR