son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

"Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi" – Kurban Berdiyev

Bölmə adı Premyer Liqa
Yayımlandı 1-02-2026, 21:07

Bu gün Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Qarabağ" doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:


"İlk növbədə "Qarabağ"ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu, bütün Azərbaycan futbolunun uğurudur. "Qarabağ" da lider kimi layiqincə bizi təmsil edir. Bu gün keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin bacarmadıq".


- Buradan xal və ya xallarla qayıtmaq üçün nə çatmadı?


- İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik və istədiklərimizi reallaşdıra bilmədik. 


- "Qarabağ"ın vurduğu qoldan sonra məşqçilər heyəti olaraq narazılığınız oldu. Bu nə ilə bağlı idi?


- Oyundan kənar vəziyyəti ilə bağlı idi etirazımız. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Bu məğlub olduğumuza görə bəhanə deyil. 


- Stadionunuzun hazır olmaması və bu yerdəyişkənlik oyununuza təsir edirmi?


 - Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik. 


- Yeni hücumçunuzdan gözləntiləriniz nədir?


 - Vaxt lazımdır. Düşünürəm ki, bizə köməklik göstərəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR