
“Sumqayıt” müdafiəçi Pedro Pinto ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Razılaşmaya əsasən, portuqaliyalı futbolçu “Petroleos de Luanda” klubuna transfer olunub.
Xatırladaq ki, Pedro Pintunun “Sumqayıt”dan ayrıldığı ilə bağlı xəbəri Sport1.az iki gün gün əvvəl yayımlamışdı.