son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

"Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm" – Demçenko

Bölmə adı Premyer Liqa
Yayımlandı 1-02-2026, 19:16

Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü...


"Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlərə yol verdik və “Neftçi” iki qol vurdu. Fasilədən sonra daha yaxşı oynadıq, fürsətlər yaratdıq. Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. “Neftçi”ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular".


– “Araz-Naxçıvan” rəhbərliyi tələbkarlığı ilə seçilir. Qələbəsizlik oyunlar davam edərsə, mövsüm başa çatmamış komandadan ayrılmaq ehtimalınız ola bilər?

– Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək də asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır.


– Hücum bir kənara, müdafiədə də problemlər var…

– Bəli, böyük problemdir. Hücuma çıxdıq və qapımızda 90 dəqiqədə 4 qol gördük. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Müasir Avropa futbolunun tələbini yerinə yetirmək istəyirik.


– Ötən mövsüm komandanı avrokuboklara çıxarmış Felipe Santos, Ramon Maçado, Nuno Rodriqes əsas heyətdən kənarda qalır. Səbəb nədir?

– Mənim üçün birinci olan məşq prosesidir. Kim daha güclüdür, kim mənim fəlsəfəmi daha tez qavrayır, o da oynayır.


– Həmyerliniz Vernidub sizi yaxşı tanıyır. Məğlubiyyətdə bu amil nə dərəcə rol oynadı?

– Vernidubu yaxşı tanıyıram, Ukraynada işləyib. Onun işini də izləmişəm. Amma bu gün öz oyunumuzu öyrətməyə çalışmalıyıq.


– Sizin üçün daha önəmli məşqlərdə özünü yaxşı göstərib, matçda rəqibi keçə bilməyən Hamidu Keytadır, yoxsa meydana sonradan daxil olan və cinahda aktivlik gətirən Felipe Santos?

– Bunu oyunda görürük. Felipe Santos qeyri-standart oyunçudur. Futbol təkcə hücumdan asılı deyil, müdafiədən ibarətdir. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR