son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

“Qol ötürməsi verməkdən daha çox həzz alıram” “Sabah”ın “sehrbaz”ı danışdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 31-01-2026, 21:26

Misli Premyer Liqasının 18-ci turunda “Zirə” ilə səfər oyunundan 3:1 hesablı qələbə ilə qayıdan “Sabah”da matçın əsas fiqurlarından biri Aleksey İsayev olub.


Sport1.az xəbər verir ki, yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında qarşılaşmada etdiyi 3 məhsuldar ötürməyə və azarkeşlərin ona verdiyi “sehrbaz” ləqəbinə belə münasibət bildirib: “Mən sadəcə Sibirdən olan sadə oğlanam. Təşəkkür edirəm. Əsas odur ki, komanda qazandı. Hər zaman komanda yoldaşıma ötürmə verməyə şad oluram. Deyəsən, bundan qol vurmaqdan daha çox həzz alıram. Göründüyü kimi, məndə ötürmə vermək qol vurmaqdan daha yaxşı alınır. Hər şey komanda üçündür”.


İsayev komanda daxilindəki ab-havanı da xüsusi vurğulayıb: “Hər gün məşq edirik, məşqçinin tapşırıqlarını yerinə yetiririk, bir sözlə, dayanmadan çalışırıq. Kollektivimiz əladır, aramızda əla anlaşma var. Bazada hamımız birlikdə ünsiyyət qururuq. Bizdə hansısa qruplaşmalar, ayrılıqlar yoxdur. Çalışırıq ki, bir-birimizdən fransız, Azərbaycan, ispan, rus dillərində sözlər öyrənək. Biz bir ailə kimi olmağa çalışırıq”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR