son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

"Cərimə meydançasında topu rəqibə verdik ki, qol vursunlar" – Azər Bağırov

Bölmə adı Premyer Liqa
Yayımlandı 31-01-2026, 17:48

"Kəpəz" Misli Premyer Liqasının 18-ci turunda Yevlax şəhər stadionunda "Şamaxı"ya 0:2 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Oyunun çətin olacağını bilirdik. "Şamaxı" ötən tur məğlub olduğu üçün daha məsuliyyətli idi. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüflər olsun ki, səhvlər etdik. İstəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqibi təbrik edirəm. Çempionatın ikinci yarısı hələ təzə başlayıb. Çətin oyunlar qarşıdadır. İnanıram ki, tapşırığın öhdəsindən gələcəyik".


- Sanki komanda "Qarabağ" üzərindəki qələbənin eyforiyasından çıxa bilməyib. Siz necə düşünürsünüz?


- Ola bilər. Biz bununla bağlı işimizi görmüşük. Hardasa cücərtilər qala bilər. Bunu inkar etmək sadəlövhlük olar. Komanda ilə neçə gündür bu barədə söhbət edirik. Cərimə meydançasında çox ucuz səhvlər etdik. Rəqib itirdiyimiz toplardan bizə qollar vurdu. 


- İkinci hissədə daha istəkli "Kəpəz" gördük. Fasilədə komandaya hansı tapşırıqlar verdiz?


- Birinci hissədə səhvlərimiz mərkəzdəki boşluqlardan idi. Bunu görürdük. İkinci yarıda həmin mövqeni sığortaladıq. İstədiyimiz oyun ikinci hissədə daha yaxşı alındı. "Şamaxı" əks-hücumda oynayır, rəqibi səhv etməyə məcbur edir. Biz də cərimə meydançasında topu verdik ki, qol vursunlar.


- Bu məğlubiyyətin komandaya hansı faydası olacaq?


- Oyunu təhlil edib futbolçulara səhvlərini başa salacağıq. Bu gün pis futbol oynamadıq. Məqsədimiz səhvlərdən nəticə çıxarmaq və onları təkrarlamamaqdır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR