son dəqiqə SON DƏQİQƏ
“Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub

“Elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur” – Ayxan Abbasov

Bölmə adı Premyer Liqa
Yayımlandı 31-01-2026, 17:16

Misli Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb...


"Mühüm qələbə idi. Bəlkə, çempionatdakı ən vacib qalibiyyəti əldə etdik. Rəqib “Qarabağ” səfərində üç xal qazanmışdı, motivasiyalı idilər. Ötən tur “Qəbələ” ilə oyunda ağır məğlubiyyət almışdıq. Futbolçular bu gün özlərini toparlayıb, mühüm qələbə qazandı".


– “Qarabağ”ı məğlub etmək “Kəpəz”i eyforiyaya salmışdı?

– Birinci dövrədə “Kəpəz”ə uduzmuşduq. Onlarda fərq var, hər oyuna final kimi baxırlar. Eyforiyada olduqlarını düşünmürəm. Bu gün biz yaxşı oynadıq.


– İkinci hissədə daha 3-4 qol vura bilərdiniz. Lakin alınmadı. Ustalıq çatmadı, ya tələskənlik?

– Rəqib ikinci hissədə dörd əvəzetmə etdi və təzyiqi artırdı. Bilirdik ki, epizodlarımız olacaq. Çatışmayan yerimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Statistikaya görə, çempionatda ən yaxşı oyunumuz ötən matç idi, amma 0:4 uduzduq.


– Səbəb nədir?

– Məsələn, Edqar çox epizoda girir, amma dəyərləndirə bilmir. Bunun üzərində çox çalışır. Orucun da epizodları oldu. Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur. Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır. Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır. Bunu görə bilmiriksə, təəssüf…


– Məğlubiyyətlərdən sonra tənqidlər yaranır ki, sanki iki yerdə işləməyin problemidir…

– Bilirəm, məğlub olanda bu söhbət çıxır. Mən istirahət vaxtlarım da belə işləyirəm. Təhlillər aparanda, bəlkə də, daha dəqiq öyrənmək lazımdır.


– Abdullanın karyerasını düşünüb, “Şamaxı”ya gəlməsi digər futbolçular üçün nümunə olmalıdır?

– Onun gəlişi ani oldu. Antonio Lara ötən həftə yaxınlaşdı və dedi ki, Maltadan təklifi var. Sonra Abdulla bizə müraciət etdi və burda oynamaq istədiyini dedi. Risk edəcəyik. Təki, qazansın, istəkli olsun.


– Qapıçınızı oyunun qəhrəmanı hesab edirsiniz?

– Rikardo əla oynadı. O, komandamızın yarıdan çoxudur. Kapitanlarımızdan biridir. İkinci hissədəki seyvləri lazım idi. İki oyundur, bir barmağı sınıq qapıda durur.


– “Qarabağ”la kubok oyununda heyətdə dəyişiklik olacaq? 

– Hələ fikirləşməmişəm.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR