SON DƏQİQƏ
Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi Ryonosuke Ohori mükafatlandırılıb.
Sport1.az xəbər verir ki, “Kəpəz”in futbolçusuna mükafat Misli Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Şamaxı” oyunundan əvvəl təqdim olunub. Mükafatı “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov Ohoriyə təqdim edib.