son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

Rza Cəfərov “Qəbələ”ni buna görə seçib – ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-01-2026, 17:53

“Qəbələ”nin yeni transferi Rza Cəfərov klubdakı ilk təəssüratlarını bölüşüb.


Sport1.az xəbər verir ki, qapıçı “qırmızı-qaralar”ın mətbuat xidmətinə açıqlamasında bunları deyib: “İllər sonra yenidən bu meydanda məşq etmək və bu komandanın şərəfini qorumaq mənim üçün çox xoşdur”.


O, “Qəbələ”ni seçməsinin səbəblərinə də toxunub: “Başqa klublardan da təkliflərim var idi. Lakin “Qəbələ” mənə daha doğma gəldiyi üçün buranı seçdim. Gənc bir futbolçu kimi inanıram ki, bu klubun bazası, meydanları və peşəkar məşqçi heyəti inkişafımda mühüm rol oynayacaq”.


Cəfərov azarkeşlərə də müraciət edib: “Bura gəlməmişdən əvvəl azarkeşlərdən çoxlu dəstək mesajları alırdım. Buna görə hər birinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq və komandamız qələbələrlə azarkeşləri sevindirəcək”.


Qeyd edək ki, “Qəbələ” Rza Cəfərovu mövsümün sonuna qədər “Neftçi”dən icarəyə götürüb. Qapıçının paytaxt klubu ilə müqaviləsi 2027/2028 mövsümünün sonunadək qüvvədədir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR