son dəqiqə SON DƏQİQƏ
Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb

Arbeloa “Real”da ilk gördüyünü açıqladı: “Hər kəsin işə yanaşması diqqətimi çəkdi”

Bölmə adı İspaniya
Yayımlandı 25-01-2026, 12:37

“Real”ın baş məşqçisi Alvaro Arbeloa İspaniya çempionatında “Vilyarreal” üzərində 2:0 hesablı qələbədən sonra komandasının oyununu dəyərləndirib.


Sport1.az xəbər verir ki, mütəxəssis klub televiziyasına açıqlamasında futbolçuların fədakarlığını xüsusi vurğulayıb və hücum xəttinin liderlərinin roluna diqqət çəkib:


“Komandaya gələndən bəri ilk gördüyüm şey hər kəsin oyuna qoşulması, zəhməti və işi oldu. Bu meydanda qələbənin böyük dəyəri var və bu nəticə uşaqların əməyinin sayəsində əldə edilib. Onların səviyyəsi yüksəkdir və bizdən nə istədiyimizi göstərən kiçik göstərişlər belə yaxşı nəticə üçün kifayətdir. Zaman keçdikcə hər şey daha da asan olacaq.


Mbappe və Vinisius çox “partlayıcı”dır. Çalışırıq ki, onlar topu mümkün qədər tez-tez alsınlar: Vinisiusun cinahdan keçid edə biləcəyi, Kilianın isə boş zonalardan yararlana biləcəyi vəziyyətlər axtarırıq. Onların bu formada olmasına çox sevinirik. Onlar pressinqə birinci başlayır və yarımmüdafiəçilərə kömək edirlər. Bu cür həmrəylik bizə çox lazımdır və sevinirik ki, onların mükafatı vurulan qollar şəklində gəlir”.


Qeyd edək ki, “Real” 21 turdan sonra 51 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR