son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

"Neftçi" üçün yubiley oyunu

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-01-2026, 18:17

Misli Premyer Liqasının XVII turu “Neftçi” üçün statistik baxımdan əlamətdar olub. 


Sport1.az PFL-ə istinadən xəbər verir ki, “ağ-qaralar” evdə “Zirə” ilə keçirilən görüşdə qolsuz heç-heçəyə razılaşıb – 0:0.


Bu nəticə Bakı təmsilçisinin Azərbaycan çempionatları tarixində 0:0 hesabı ilə başa çatan 100-cü matçı olub. Paytaxt klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan geri qalır. Ağdam komandasının hesabında 107 belə qarşılaşma var.


Qeyd olunur ki, “Neftçi” ilk dəfə 1993-cü il martın 6-da “Turan”la ev oyununda 0:0 hesablı nəticə qeydə alıb. Cari mövsümdə isə bu, “ağ-qaralar”ın dördüncü qolsuz oyunu olub.


Statistikaya əsasən, “Neftçi” indiyədək 49 səfər matçını, 1 qarşılaşmanı neytral meydanda və 50 ev görüşünü 0:0 hesabı ilə tamamlayıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR