son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

"Təslim olmamalıyıq" – Abbasov

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-01-2026, 16:59

"Şamaxı" Misli Premyer Liqasının 17-ci turunda doğma meydanda "Qəbələ"yə 0:4 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Üzücü məğlubiyyət oldu. Bilirdik ki, çətin oyun olacaq. Fasilədən sonra yaxşı başlamaq önəmlidir. Hər kəs turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyir. Birinci qola qədər oyun pis getmirdi. Neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. İkinci hissənin əvvəlində də qapımızda qol gördük. Bundan sonra oyunu çevirmək çətin olur. Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də futbolçular rahatlaşmışdılar. Çempionat davam edir, bu, uzun marafondur. Bilirəm ki, çətin olacaq. Amma mübarizə aparacağıq".


- Sanki komandada keyfiyyət görünmürdü. Bunun səbəbi nədir?


- Keyfiyyətlə razı deyiləm. Son dəqiqələrdə biz hücuma atılmışdıq. İki qol buraxmaq normaldır. 


- Kərim Rossinin zəif çıxışının səbəbi nədir?


- Gərək oyuna baxım. Rossidən də zəif oynayan oyunçular oldu. Bəzi futbolçular effekt vermədi. 44-cü dəqiqəyə qədər üstünlük bizdə idi. Bu qoldan sonra ikinci hissədə də buraxdıq və yekunda uduzduq.


- Bu mövsüm autsayderlərə qol vura bilmirsiz. Komanda bu oyunlara köklənə bilmir?


- Bariyer var və bunu tullanmalıyıq. Həmin matçlarda bunu keçə bilməmişik. Bir çox oyunda olub. Bu da həmin qarşılaşmalardan biri idi. Səbəbləri çoxdur. Mən bunu bilirəm. Bəlkə də futbolçulardan çox şey istəyirəm. Keyfiyyət amili var. Amma bizim işimiz istəməkdir. Təslim olmamalıyıq.


- Tək sponsorla bariyer aşmaq çətin deyil?


- Çətindir. Demədim ki, bu gün itkilərimiz var. İki mərkəz müdafiəçimiz yox idi. Bilirdik ki, qışda güclənməyə ehtiyac var. Çempionata bəlli büdcə ilə başlamışıq. Gileylənmirik, bizim hədəfimiz bəllidir. Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR