son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

"Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik" – Kaşkilya

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-01-2026, 17:52

"İmişli" Misli Premyer Liqasının 17-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Nəticəyə görə ruhdan düşmüşük. Çünki yaxşı oyun nümayiş etdirdik. Nəticə fərqli olmalı idi. Oyun çox çətin keçdi. "Araz-Naxçıvan"ın yeni baş məşqçisi olduğu üçün komanda çox motivasiyalı idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Rəqib güclü komandadır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda mübarizə aparırdı. 4 standart vəziyyətdən qol vuruldu. Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdür. Biz bu gün qələbəyə daha yaxın idik"


- Bəzi klublara heyətə düşməyən futbolçuları icarəyə götürməklə bağlı müraciət etdiyiniz və mənfi cavab aldığınız deyilir. Nəyə görə belə alındı?


- Qış transfer pəncərəsində oyunçu gətirmək çox çətindir. Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik.


- Dioqo Almeydanın adı "Turan Tovuz"la hallanır. Onun mümkün gedişinə hazırsız?


- Bu sual klub rəhbərliyinə verilməlidir. Biz məşqçi olaraq əlimizdə olan futbolçularla işləməliyik. Almeyda hazırda bizim oyunçumuzdur.


- Hakimliklə bağlı fikirləriniz necədir? 2:1 öndə olarkən penalti gözlədiyiniz epizod var idi...


- Penaltiyə oxşayırdı. Amma epizodun təkrarı verilmədi. Ona görə də dəqiq cavab verə bilmərəm.


- Son illər Portuqaliyanın II Liqasından Azərbaycana gələn futbolçular burada uğurlu olur. Siz bir portuqaliyalı olaraq növbəti mövsüm üçün "İmişli"yə ölkənizdən oyunçu gətirməyi planlaşdırırsız?


- Hazırda o barədə düşünməyin yeri yoxdur. Çünki bizim əsas məqsədimiz bu mövsümün sonuna qədər nəticələr qazanmaqdır. Hər şey büdcədən asılı olacaq. Portuqaliyada maaş daha yüksəkdir. Gələcəkdə bu barədə düşünəcəyik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR