
“Real”ın vingeri Vinisius Junior Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Monako”ya qarşı oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az xəbər verir ki, bununla da braziliyalı futbolçunun “kral klubu”nun heyətində Çempionlar Liqasındakı assist sayı 30-a çatıb. O, bu göstəricidə 27 məhsuldar ötürməsi olan Kərim Benzemanı geridə qoyaraq madridlilərin turnir tarixində ən çox məhsuldar ötürmə edənlər siyahısında ikinci pilləyə yüksəlib.
Bu siyahıda lider mövqedə isə 31 assistlə Kriştiano Ronaldo qərarlaşıb.