
Madridin “Real” klubunun hücumçusu Vinisius Junior komandadan ayrılmaq istədiyini yaxın çevrəsinə bildirib.
Sport1.az xəbər verir ki, bu barədə İspaniyanın “El Periodico” nəşri məlumat yayıb. Braziliyalı futbolçu La Liqanın 20-ci turunda “Levante” ilə oyundan (2:0) sonra bu qərara gəlib. Həmin matçda “Real Madrid” azarkeşləri Vinisiusu hər topa toxunuşunda fitə basıblar.
Bu vəziyyət hücumçu üçün “son damla” olub. Vinisius azarkeşlərin münasibətindən yorulduğunu və klub üçün etdiklərinin qarşılığını görmədiyini düşünür. Futbolçu agentlərinə “məni istəmədikləri yerdə oynamaq istəmirəm” deyib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 29 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.