Modriç Karlosu geridə qoydu

Bölmə adı Futbol
Yayımlandı 2-07-2025, 17:07

Klublararası dünya çempionatında “Real” “Yuventus”u 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Sport1.az xəbər verir ki, madridlilərin heyətində 78-ci dəqiqədə meydana çıxan Luka Modriç üçün bu, karyerasında 1112-ci oyun olub.

O, bu göstəricidə braziliyalı Roberto Karlosu (1111 oyun) geridə qoyaraq, bütün dövrlərdə ən çox oyun keçirən 10-cu futbolçu olub. Modriç Dortmund “Borussiya”sı ilə görüşdə meydana çıxsa, 9-cu yerdəki Marselinyo Paraibaya çatacaq.

Peşəkar karyerasında ən çox oyun keçirən 10 futbolçu:

1364 – Peter Şilton (İngiltərə)

1361 – Fabio Lopes (Braziliya)

1281 – Kriştiano Ronaldo (Portuqaliya)

1233 – Rojerio Seni (Braziliya)

1177 – Tommi Hatçison (Şotlandiya)

1151 – Canluici Buffon (İtaliya)

1137 – Pol Bestok (İngiltərə)

1132 – Yasuhito Endo (Yaponiya)

1113 – Marselinyo Paraiba (Braziliya)

1112 – Luka Modriç (Xorvatiya)

Müəllif: Sport1.az