
Nani karyerasını bərpa etməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, Portuqaliya millisinin sabiq üzvü Qazaxıstanın “Aktobe” klubu ilə razılıq əldə edib. Məlumatı “AmanVIBE” “teleqram” kanalı yayıb. 39 yaşlı vinger bütün şərtlər üzrə razılaşıb və yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq.
Nani ilə 1 illik müqavilə imzalanacaq. Onun alacağı maaşın Qazaxıstan Premyer Liqası tarixində ən yüksək məvacib olacağı vurğulanır.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ilin dekabrında peşəkar karyerasını başa vurduğunu açıqlamışdı. Vaxtilə “Mançester Yunayted”in formasını geyinən Nani bu klubla 4 dəfə İngiltərə çempionu olub və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.