son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

“Qəbələdə əla şərait var, bu səbəbdən heç yerə getmədik” – Tsxadadze

Bölmə adı Premyer Liqa
Yayımlandı 13-01-2026, 14:29

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze təlim-məşq toplanışı və yeni transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verib. 


Sport1.az xəbər verir ki, gürcüstanlı mütəxəssis əvvəlcə hazırlıq prosesinin gedişi haqqında danışıb:


“Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. “Yüklənmələr” çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç hara getmədik. Burada hər şey bizi qane edir: meydançaların vəziyyəti, istirahət etmək imkanları. Bu baxımdan hər şey yaxşıdır. İlk yoxlama oyununu “Kəpəz”ə qarşı keçirdik və qalib gəldik. Aydın məsələdir ki, səhvlər çox oldu. Birinci oyun idi. Hesab edirik ki, daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən iki həftədən sonra çempionat başlayır. Odur ki, qısa vaxt ərzində həm fiziki, həm də oyun kondisiyalarımızı bərpa etməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq”.


Gürcüstanlı mütəxəssis “Kəpəz”lə oyunda debüt edib qol vuran yeni transfer İsmaeel Akinadenin də çıxışını dəyərləndirib:


“Akinadeyə “Kəpəz”lə oyunda şans verdik. Aydın məsələdir ki, ona hələ vaxt lazımdır. Xüsusən də hücumameyilli futbolçulara adaptasiya üçün daha çox vaxt tələb olunur. Müdafiəçi Seydina Keyta isə təəssüf ki, xəstələnmişdi. Bu səbəbdən iki gün məşqlərdə iştirak edə bilmədi. “Kəpəz”lə oyunda risk etmədik və onu oynatmadıq. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas odur ki, komandaya tez adaptasiya olsunlar. Hər ikisi təcrübəli futbolçudur. İnanıram ki, qısa vaxt ərzində komandaya uyğunlaşacaqlar”.


Tsxadadze transfer çalışmalarının davam etdiyini bildirib:


“Bəzi mövqelər var ki, onları gücləndirməliyik və bunun üzərində işləyirik. Klubumuzun direktoru Səbuhi Səfiyarlı bu məsələlər üzərində səylə çalışır. Bu istiqamətdə işlərimizi diqqətlə davam etdiririk. Çünki səhvə yol vermək olmaz. Ümid edirəm ki, qısa vaxt ərzində transferləri yekunlaşdıracağıq və yeni gələnlər komandaya qoşulub adaptasiya olacaqlar. Qarşıda daha iki oyunumuz var — yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR