son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Ombudsman AFFA-nın fəaliyyətində çatışmazlıqlar aşkarladı

Bölmə adı Azərbaycan
Yayımlandı 12-01-2026, 12:07

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə müstəqil monitorinq həyata keçirilib.


Sport1.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, monitorinq çərçivəsində idman yarışlarında ayrı-seçkiliyin qadağan olunmasına dair mövcud milli qanunvericilik və beynəlxalq sənədlər, FIFA və UEFA tərəfindən müəyyən edilmiş standartlar, habelə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA-nın) intizam xarakterli qərarları və digər müvafiq mənbələr təhlil edilib, təklif və tövsiyələr hazırlanıb.


Aparılan monitorinq idman sahəsində, xüsusilə futbolda bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində bir sıra mühüm addımların atıldığını göstərir. Bununla yanaşı, bu sahədə görülən işlərin davamlı və sistemli yanaşma ilə daha da təkmilləşdirilməsi aktual olaraq qalır.


Azərbaycanın idman ölkəsi olmasını, beynəlxalq səviyyəli nüfuzlu idman yarışlarına ev sahibliyi etməsini, eləcə də 2027-ci ildə 20 yaşadək futbolçular arasında Dünya Çempionatının ölkəmizdə keçiriləcəyini nəzərə alaraq, idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi, preventiv mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.


Aparılan monitorinqin nəticələri əsasında “Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair” Monitorinq Hesabatı hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hesabatda müvafiq sahə üzrə mövcud vəziyyətə dair təhlillər, habelə bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində təklif və tövsiyələr əks olunub.


Qeyd edək ki, hesabat Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına daxil olmuş müraciətlər və mediada dərc edilmiş məlumatlar əsasında hazırlanı

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR