
Elvin Cəfərquliyev karyerasını Avropada davam edirə bilər.
Sport1.az xəbər verir ki, "Qarabağ"ın üzvü ilə "Sent-Etyen" yaxından maraqlanır.
Bu barədə məlumatı Fransanın "Butfootballclub.fr" saytı yayıb.
Həmkarlarımız "Sent-Etyen"in skautlarının baş məşqçi Eyrik Hornelandə Elvin haqda geniş məlumat verdiklərini bildiriblər. Fransa klubu bundan sonra futbolçuya 3 illik müqavilə təklif edib.
Qeyd edək ki, Elvin Cəfərquliyev bu mövsüm "Qarabağ"ın heyətində 26 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 3 məhsuldar ötürmə edib.