
Misli Premyer Liqasında mübarizə aparan “Qəbələ” ilə “Kəpəz” hazırlıq oyunu çərçivəsində qarşılaşıb.
Sport1.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri üstün oyun nümayiş etdirərək 3:1 hesablı qələbə qazanıblar.
Qəbələ təmsilçisinin heyətində Domi Massumou, İsmail Akinade və Qədir Ramazanov adlarını tabloya yazdırıblar. Gəncə klubunun yeganə qoluna isə Ryonosuke Ohori imza atıb.