
“İmişli”də daha bir ayrılıq yaşana bilər.
Sport1.az-a daxil olan məlumata görə, söhbət sol cinah vingeri Elmir Rəhimzadədən gedir. 28 yaşlı futbolçu I Liqa təmsilçisi “Ordu”ya keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir və keçidin yaxın günlərdə, maksimum bir həftə ərzində rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Elmir Rəhimzadə bu mövsüm “İmişli”nin heyətində bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, bölgə təmsilçisi daha əvvəl İbrahim Əliyevlə də qarşılıqlı razılaşma əsasında yollarını ayırmışdı.