
Renat Dadaşovun “Qarabağ”da çıxış edib-etməyəcəyi bəlli olub.
Sport1.az xəbər verir ki, bu gün keçirilən brifinqdə Qurban Qurbanov hücumçunun transferi ilə bağlı suala aydınlıq gətirib.
Təcrübəli mütəxəssis Renat Dadaşovun Ağdam klubunun gündəmində olmadığını bildirib: “Xeyr, belə təklif olmayıb. Azərbaycanlıdır, millimizin üzvüdür. Amma hələ ki, transfer siyahımızda yoxdur”.