
“Sabah” klubu hücumçu Neqoş Kupusoviçlə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub.
Sport1.az xəbər verir ki, serbiyalı futbolçu ilə mövcud müqaviləyə xitam verilib.
Kupusoviç 2024-cü ildən Bakı təmsilçisinin formasını geyinirdi. Bu müddət ərzində o, “Sabah”ın heyətində ümumilikdə 29 oyunda meydana çıxıb.
Klub Neqoş Kupusoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.