son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Polşadan “Qarabağ”ın üzvünə təklif var

Bölmə adı Premyer Liqa
Yayımlandı 8-01-2026, 10:00

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını vətənində davam etdirə bilər.


Sport1.az xəbər verir ki, Polşanın “Vidzev” klubu 25 yaşlı qolkiperlə yaxından maraqlanır. Lodz təmsilçisinin Koxalskiyə marağı yeni deyil. Klub ötən yay da futbolçunu heyətinə qatmaq istəyib, lakin həmin vaxt bu, baş tutmamışdı.


Bu müddət ərzində Mateuş Koxalskinin transfer dəyəri xeyli yüksəlib. Buna baxmayaraq, “Vidzev” tərəfi bu məqamı keçid üçün ciddi maneə saymır. Son günlər qapıçının adı Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə də hallansa da, bu transferin reallaşması gözlənilmir.


Qeyd edək ki, Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Sözləşmədə əlavə 12 aylıq uzatma bəndi də yer alır.


Xatırladaq ki, polşalı qolkiper 2024-cü ilin avqustunda “Stal”dan “Qarabağ”a təxminən 900 min avro qarşılığında transfer olunub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR