
"Sabah" "Rubin"dən Umarali Rahmonaliyevi transfer etdiyini rəsmi olaraq açıqladı.
Sport1.az xəbər verir ki, Bakı klubunun özbəkistanlı üçün ödədiyi məbləğ bəlli olub.
Məlumatı "Realnoevremya.ru" portalı yayıb. Masazır klubu Kazan təmsilçisinə 400 min avro ödəniş edib.
Qeyd edək ki, Rahmonaliyev "Sabah"la 2028-ci ilin dekabrına kimi müqavilə imzalayıb.