
“Sabah” müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, klub futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Boyan Letiç 2022-ci ilin fevral ayından Bakı təmsilçisinin formasını geyinirdi. O, bu müddət ərzində “Sabah”ın heyətində ümumilikdə 125 oyuna çıxıb.
Letiç “Sabah”la Premyer Liqada gümüş və bürünc medallar qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.
33 yaşlı müdafiəçi klub tarixində ən çox oyun keçirən ikinci futbolçu olmaqla yanaşı, “Sabah”ın avrokuboklardakı ilk qolunun da müəllifi olub. Bosniyalı 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində RFŞ-lə görüşün 22-ci dəqiqəsində hesabı açıb.