
“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə müqavilə imzalayıb. Tərəflər arasında bağlanan razılaşma 6 ay + 1 il müddətini əhatə edir.
33 yaşlı futbolçunun son klubu Litvanın “Paneveyis” komandası olub. Keyta karyerası ərzində Küveytin “Al-Tadamon”, Latviyanın “Liepaya”, Norveçin “Molde” klublarında çıxış edib, həmçinin Seneqalın “Diambars” akademiyasının yetirməsidir.
Qeyd edək ki, Seydina Keyta “Qəbələ”də 33 nömrəli forma ilə çıxış edəcək.