19:18 5.01.2026 107

Qazaxıstan mətbuatı “Neftçi”nin mövqeyinə təəccübləndi

Qazaxıstan mətbuatı “Neftçi”nin turnir cədvəlindəki mövqeyinə təəccübünü gizlətməyib.


Sport1.az xəbər verir ki, yerli “Kayrat” klubunun BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən bəhs edən Qazaxıstan mediası Bakı təmsilçisinə də xüsusi yer ayırıb.


Vurğulanıb ki, “Kayrat” yanvarın 9-da ilk yoxlama oyununu “Neftçi”yə qarşı keçirəcək. Qazaxıstanlı jurnalistlər Azərbaycan çempionatının doqquzqat qalibi olan klubun hazırda 12 komanda arasında aşağı pillələrdə qərarlaşmasını gözlənilməz hesab ediblər. Qeyd olunub ki, “Neftçi”yə bir neçə il əvvəl Moldova “Şerif”ini UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxaran təcrübəli ukraynalı mütəxəssis Yuri Vernidub rəhbərlik edir.


Yazıda Bakı klubunun heyətinin kifayət qədər iddialı olduğu bildirilib. Komandada Azərbaycanla yanaşı Monteneqro, Benin, Kamerun və Venesuela milli komandalarının üzvlərinin çıxış etdiyi qeyd edilib. Bu baxımdan “Neftçi”nin çempionatdakı mövqeyi Qazaxıstan tərəfi üçün sual doğurub.


Xüsusilə kamerunlu hücumçu Vensan Abubakarın üzərində dayanılıb. Onun milli komanda karyerasında 116 oyunda 45 qol vurduğu, “Portu” və “Beşiktaş” kimi klublarda forma geyindiyi xatırladılıb. Oktyabr ayında “Neftçi”yə transfer olunan təcrübəli forvardın bütün turnirlərdə keçirdiyi 10 matçda 5 dəfə fərqləndiyi qeyd edilib.


Məqalədə Abubakarın Afrika Millətlər Kubokunda iştirak etməməsinin səbəblərinə də toxunulub. Kamerun futbolunda baş verən daxili qalmaqallar fonunda hücumçunun yığmaya çağırılmadığı, nəticədə isə 9 yanvarda Mərakeşlə oyun əvəzinə “Kayrat”la yoldaşlıq görüşündə iştirak edəcəyi bildirilib.


Bundan əlavə, “Neftçi”nin heyətində Azərbaycan millisinin kapitanı Emin Mahmudovun da yer aldığı xatırladılıb. Qapıçı mövqeyində isə Qazaxıstan azarkeşlərinə tanış olan Emil Balayevin adı çəkilib. Lakin onun əsas heyətdə yer almadığı, Kenan Piriçlə rəqabətdə geri qaldığı vurğulanıb.


Sonda qeyd olunub ki, “Neftçi” mövsümün ikinci yarısına ciddi şəkildə hazırlaşır və yanvarın 23-də 2026-cı ilin ilk rəsmi oyununda “Zirə”ni qəbul edəcək.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

18:46

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

18:12

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi BƏLLİ OLDU

18:00

68 ildən sonra ilk dəfə

17:30

Dünya çempionatından sonra "Liverpul"a qayıdacaq

17:07

İspaniya millisinin hücumçusundan antirekord

16:49

Millimiz FIFA reytinqində gerilədi

16:29

İdmançımız Çinə yollandı

16:06

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

15:50

Cavid Hüseynov: "Məsuliyyətimizi anlayırıq"

15:31

40 yaşlı qapıçıdan unikal rekord

15:05

Fernando Muslera tarixə düşdü

14:54

"Araz-Naxçıvan" baş məşqçisini açıqladı - RƏSMİ

14:47

London klubunun istədiyi yarımmüdafiəçi

14:26

Millidə yeni baş məşqçi

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü