
“Sumqayıt” Rauf Rüstəmli ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib və futbolçu müqavilə ilə məxsus olduğu “Sabah” klubuna geri qayıdıb.
“Sumqayıt” Rauf Rüstəmliyə komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.