
“Sabah” Umarali Rahmonaliyevin transfer hüququnu əldə edir.
Sport1.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb. Xəbərə görə, Bakı klubu müqavilə ilə “Rubin”ə məxsus olan özbəkistanlı yarımmüdafiəçinin transfer hüquqlarını almaq barədə razılığa gəlib. Daha əvvəl 22 yaşlı futbolçu icarə əsasında “Sabah”ın formasını geyinirdi.
Qeyd edək ki, Rahmonaliyev 2025-ci il ərzində paytaxt təmsilçisinin heyətində 36 oyunda meydana çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kazan klubu ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.