
“Neftçi”nin baş məşqçisi Yuri Vernidubla imzalanan müqavilədə Rusiya ilə bağlı xüsusi şərtlərin yer aldığı bildirilir.
Sport1.az xəbər verir ki, ukraynalı mütəxəssisin tələbinə əsasən, Bakı klubu həmin ölkənin təmsilçiləri ilə yoldaşlıq oyunları keçirməməli və transfer məsələlərində əlaqə qurmamalıdır. Qeyd olunur ki, bu şərtlər tərəflər arasında imzalanan müqavilədə ayrıca maddə kimi əksini tapıb.
Xatırladaq ki, bir müddət əvvəl Yuri Vernidubun Ukraynadan çıxışına icazə verilmədiyi ilə bağlı xəbərlər yayılmışdı. Daha sonra “Neftçi” rəhbərliyinin müdaxiləsi nəticəsində məsələ həllini tapıb və mütəxəssis komandaya qoşulub.