son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

“İmişli”nin futbolçuları uşaq sığınacağını ziyarət edib – FOTO/VİDEO

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-12-2025, 15:54

“İmişli” klubunun futbolçuları Şirvan şəhərində yerləşən “Mərhəmət Evi” Uşaq Sığınacaq Mərkəzini ziyarət ediblər.


Sport1.az xəbər verir ki, Yeni il ərəfəsində baş tutan xeyriyyə səfərinin əsas məqsədi sığınacaqda yaşayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək olub. Ziyarət zamanı komanda üzvləri uşaqlarla yaxından ünsiyyət qurub, onlara müxtəlif hədiyyələr təqdim ediblər.


Səmimi və isti ab-havada keçən görüş sığınacaq sakinlərinin sevincinə səbəb olub. Futbolçular uşaqlarla söhbət edib, onlarla vaxt keçirərək bayram gününə xüsusi rəng qatıblar.


Klub nümayəndələri bu cür sosial təşəbbüslərin cəmiyyət üçün önəmini vurğulayıb, xüsusilə qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsinin vacibliyini qeyd ediblər. “İmişli”nin bu addımı bayram günlərində paylaşma və humanist dəyərlərin təşviqi baxımından dəyərləndirilir.


“İmişli” gələcəkdə də sosial məsuliyyət layihələri çərçivəsində bu kimi xeyriyyə aksiyalarını davam etdirməyi planlaşdırır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR