SON DƏQİQƏ
Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyevin səhhətində ciddi problem olduğunu bilirsiniz.
Sport1.az xəbər verir ki, veteran yarımmüdafiəçi bununla əlaqədar videomüraciət yayaraq AFFA-dan və futbol ictimaiyyətindən maddi dəstək istəmişdi.
O, bir neçə gün əvvəl verdiyi müsahibədə 40 min manata ehtiyacı olduğunu və qaraciyərinin dəyişdirilə biləcəyini bildirmişdi.
"Sumqayıt" veteran futbolçuya maddi yardım edib. Kamal Quliyevin yaxınlarının redaksiyamıza verdiyi məlumata görə, "kimyaçılar" millimizin sabiq üzvünə 2000 manat məbləğində dəstək olub.
Qeyd edək ki, Sumqayıtda doğulan Kamal Quliyev bu şəhərin "Xəzər" və "Standart" klublarında forma geyinib.