
“Barselona” Yeni il və geridə qalan Milad bayramı münasibətilə azarkeşlərə hədiyyə edib.
Sport1.az xəbər verir ki, komanda açıq məşq keçirib.
Hazırlıq prosesində baş məşqçi Hansi Fliki sevindirəcək hadisələr yaşanıb. Roland Arauxo məşqdə iştirak edib. Müdafiəçi "Çelsi" ilə matçda aldığı qırmızı vərəqədən sonra depressiyaya düşmüşdü.
Bundan başqa, Dani Olmo və Pedri də zədələrini sağaldaraq komanda ilə birgə məşq ediblər.