
“Kəpəz”in qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib.
Sport1.az xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 3-də doğma şəhərdə təlim-məşq toplanışına start verəcək. Komandanın hazırlıq prosesi qış fasiləsinin sonuna qədər davam edəcək.
Bu müddət ərzində “sarı-göylər” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 10-da Qəbələ şəhərində eyniadlı komanda ilə üz-üzə gələcək kollektiv, ayın 17-də isə Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacaq.