SON DƏQİQƏ
"Sabah"ın üzvü Timoteuş Puxaç Polşa millisində çıxış edə bilər.
Sport1.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun özü "Foot Truck”a açıqlamasında verib.
26 yaşlı müdafiəçi yayda "Slovan"a (Bratislava) keçidinin alınmadığını da bildirib:
"Sabah"la müqavilə imzalamamışdan əvvəl millinin idman direktoru Adrian Mierzeyevski mənə zəng etdi. Ümumiyyətlə, yığmanın maraq dairəsindəyəm. Çünki sol cinah müdafiəçilərimiz çox deyil. Yaxşı oynasam, milliyə dəvət edilmək şansım var.
"Sabah"a keçməzdən əvvəl “Slovan”dan (Bratislava) konkret təklif almışdım. Ora getmək istəyirdim və demək olar ki, hər şeydə razılığa gəlmişdik. Amma bazarda belə olur: kimsə qəfildən yerimi tutdu”.