
"Botafoqo" Pedro Bikalyonun transferindən imtina edib.
Sport1.az xəbər verir ki, bu barədə məlumatı "ESPN Brasil" nəşri yayıb. "Qarabağ" keçid üçün Braziliya klubundan yüksək məbləğ tələb edib. Bu səbəbdən də "Botafoqo" futbolçunun adını transfer siyahısından çıxarıb.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu mövsüm Ağdam təmsilçisinin heyətində 28 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə edib.