son dəqiqə SON DƏQİQƏ
Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb

Ronaldoya qırmızı vərəqə göstərən hakim “Real” oyunlarından kənarlaşdırıldığını açıqladı

Bölmə adı İspaniya
Yayımlandı 27-12-2025, 17:12

La Liqanın sabiq hakimi Xavyer Estrada Fernandes açıqlaması ilə diqqət çəkib.


Sport1.az xəbər verir ki, təcrübəli referi Madrid “Real”ının sabiq hücumçusu Kriştiano Ronaldoya qırmızı vərəqə göstərdikdən sonra iki il müddətinə “kral klubu”nun oyunlarına təyinat almadığını bildirib.


Fernandesin sözlərinə görə, hadisə 2009/10 mövsümündə La Liqanın 13-cü turunda keçirilən “Real” – “Almeriya” (4:2) qarşılaşmasında baş verib. Həmin oyunun 88-ci dəqiqəsində Ronaldo meydandan qovulub.


Sabiq hakim yaşananları belə xatırlayıb: “2009-cu ildə Kriştiano Ronaldonu meydandan kənarlaşdırdıqdan sonra təxminən iki il “Real”ın oyunlarını idarə etmədim. Qarşılaşmadan sonra evə qayıdan kimi Hakimlər Komitəsinin rəhbəri Sançes Arminiodan zəng gəldi. O, bu epizodun bütün idman mətbuatının manşetlərinə çıxacağını dedi və bunun nəticəsiz qalmayacağına işarə vurdu”.


Fernandes futbolun görünməyən tərəflərinə də toxunub: “Futbolda qaranlıq tərəf mövcuddur. Bəziləri bu reallığı bilmir, bəziləri isə bilmək istəmir. Həmin tərəfdən öz maraqları üçün istifadə edənlər də var”.


Qeyd edək ki, Fernandes bu fikirləri “Sport.es” nəşrinə verdiyi açıqlamada və şəxsi “yutub” kanalında səsləndirib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR