son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

“İmişli”dən nümunəvi addım: fiziki məhdudiyyətli gənci sevindirdi – FOTO, VİDEO

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-12-2025, 16:31

“İmişli” klubu fiziki məhdudiyyətli gənc Hüseyn İsmayılovun ailəsini ziyarət edib və ona xüsusi hədiyyələr təqdim edib.


Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Hüseynin futbola olan böyük sevgisi və həyat hekayəsi klub rəhbərliyi və üzvləri tərəfindən diqqət və həssaslıqla qarşılanıb. O, uşaq yaşlarından peşəkar futbolla məşğul olub. Lakin 15 yaşında məşq zamanı aldığı ağır baş zədəsindən sonra ona iflic diaqnozu qoyulub və artıq 10 ildir ki, əlil arabasında hərəkət edir.


Ziyarət zamanı Hüseynə əlil arabası hədiyyə edilib, həmçinin komandanın rəsmi forması gənc futbolsevərə təqdim olunub. Klubun prezidenti Kamran Əyyubovun Hüseynə ünvanladığı xoş arzular və sağlamlıq diləkləri də ailəyə çatdırılıb.


Görüşdə klub nümayəndələri və komanda üzvləri iştirak edərək Hüseynin sevincinə şərik olublar. Klub bu kimi addımlarla cəmiyyətin həssas təbəqələrinə dəstək olmağı və sosial məsuliyyət təşəbbüslərini davam etdirməyi qarşısına məqsəd qoyub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR