
Endrik karyerasını Fransada davam etdirəcək.
Sport1.az xəbər verir ki, "Real" braziliyalını "Lion"a icarəyə verib. Mövsümün sonunda hücumçu Madrid təmsilçisinə geri qayıdacaq.
19 yaşlı futbolçunun maaşının yarısını "Lion" ödəcəyəcək. Gənc oyunçu Dünya Çempionatında oynaya bilmək üçün bu keçidə razılıq verib.
Qeyd edək ki, Endrik bu mövsüm "Real"ın heyətində cəmi 3 qarşılaşmada meydana çıxıb.