SON DƏQİQƏ
"Lion" "Real Madrid"in hücumçusu Endrikin keçidini tamamlayıb.
Sport1.az xəbər verir ki, braziliyalı forvard mövsümün sonuna qədər Fransa klubunda icarə əsasında çıxış edəcək.
Tərəflər arasında əldə edilən anlaşmaya görə, Liqa 1 təmsilçisi futbolçunun maaşının yarısını ödəyəcək.
Qeyd edək ki, müqavilədə satınalma bəndi yer almır.